AZ

Sonaxanım Çimnaz haqda danışdı: “Deyirdi məni yandırın, dəfn olunmaqdan qorxurdu” — VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün aktrisa Çimnaz Sultanova vəfat edib.
 
Aktrisanın dəfnində iştirak edən həmkarı Sonaxanım Əliyeva AZXEBER.COM-a açıqlmasında Çimnazın xəstəliyindən xəbərdar olmadığını bildirib:
 
"Çimnaz heç vaxt başağrısından belə şikayətlənməzdi. Çimnaz həmişə həyatdoli olub. Həyatda da özünü sevən Çimnaz olub. Mən dünən canlı yayımda idim. Canlı yayımdan çıxar-çıxmaz xəbər gəldi ki, Çimnaz rəhmətə gedib. İnana bilmirdim. Onun reklam sevgisini də bilirdim. O, sevirdi ki, onun haqqında danışılsın. Düşündüm ki, ad günü olduğu üçün reklam etmək istəyib. Nail Nailoğlu ilə əlaqə saxladım. Ona dedim ki, mən Çimnazın öldüyünə inanmıram. Hətta Çimnazın özünə səs atmışdım. Xəstəxanaya yatması ilə bağlı heç kim heç nə bilmirdi. Göndərdiyim mesaj 2 xətt oldu. Mesajım getdi, amma heç bir cavab gəlmədi. Əlaqə saxlamağa çalışdım. Heç kim zənglərimi götürmürdü. Onun oğlu da xəbəri elə sosial mediadan öyrənib. Hazırda Almaniyadadır. Dəfndə iştirak etməyəcək. Çünki çatdıra bilməz. Çimnaz xanım bir neçə ay öncə anasını da itirmişdi. 
 
Aktira həmkarının qorxusundan da danışıb:

"O qədər problemləri olub, lakin heç kəs bundan xəbərdar olmayıb. Çimnazın bir qorxusu da var idi ki, o dəfn olunmaqdan qorxardı. Biz dəfələrlə söhbət etmişik. O həmişə mənə deyərdi ki, mən qorxuram dəfn olunmaqdan. Qaranlıqda necə qalacam? Birdən sıxılaram, birdən orada oyanaram. 
 
Seçilən
2
8
demokrat.az

9Mənbələr