AZ

ÜÇÜNCÜ TRANSFER - Həm Avstraliya, həm də Malta yığmasında oynadı, daşı ətəyindən tökdü

«Kəpəz» qış fasiləsinin növbəti transfer çalışmasını sona çatdırıb.

Gəncə təmsilçisi tacikistanlı hücumçu Şervoni Mabatşoev və gürcüstanlı Rati Ardazişvilidən sonra üçüncü legionerlə anlaşıb.

Malta yığmasının forvardı Trent Buhaqyar daşı ətəyindən töküb və Azərbaycana gəlməyə razılıq verib.

«Sarı-göylər» 26 yaşlı qolçu ilə 5 aylıq müqavilə imzalayıb. Komanda Premyer Liqada yerini qoruyarsa, kontrakt avtomatik daha 1 il uzadılacaq.

«Kəpəz» maltalıya bu ilin yayınadək 8000 dollar əməkhaqqı ödəyəcək. Gələn sezonda isə qazanacağı aylıq pul 10 min dollaradək qaldırılacaq.

Trent ikili vətəndaşlığa malikdir - Avstraliya və Malta. 2017-2020-ci illər aralığında Avstraliyanın U-23 yığmasının formasını geyinib.

2024-cü ildə isə Maltanın əsas millisində debüt edib. Ötən il ərzində 2 dəfə bu formanı geyinib.

«Yaşıl qitə»də dobulmuş hücumu yerli «CCM Akademi»nin yetirməsidir. 2016-cı ildə buranı tərk edib və «Sentral Kost Mariners»in şərəfini qoruyub. İki il sonra «Sidney»in yolunu tutub və düz 4 il onların uğurları üçün çalışıb.

2022-ci ildə «Nyukasl Jest»lə müqavilə bağlayıb və ötən ilin yayında İtaliyadan aldığı təklifi dəyərləndirib.

Lakin ilk legioner həyatının uğurlu alınmadığını söyləyə bilərik. B Seriyasında mübarizə aparan «Breşiya»da cəmi 1 oyuna çıxan forvard indi klubunu dəyişməyə can atır.

SPORTİNFO.AZ

Seçilən
12
sportinfo.az

1Mənbələr