AZ

Mərkəzi Bank Xüsusi tənzimləmə rejimində iştirakla bağlı müraciətlərin qəbulu üzrə müddəti uzatdı

İnnovativ məhsulların Mərkəzi Bankın nəzarəti altında məhdud şəkildə sınaqdan keçirilməsini təmin edən xüsusi tənzimləmə rejiminin ikinci dövründə iştirakla bağlı müraciətlərin qəbulu müddəti uzadılıb.

Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, müraciətlərin qəbulu mərhələsi 2025-ci ilin fevral ayının 15-dək davam edəcək.

Xatırladılıb ki, xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsulları Mərkəzi Bank ilə bağlanılacaq müqavilə əsasında sınaqda iştirak etmək hüququ qazanacaq.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün Mərkəzi Banka “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifəsi (sandbox.cbar.az) vasitəsilə və ya yazılı şəkildə təqdim etmək mümkündür.

Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etməyiniz xahiş olunur.

Seçilən
2
9
marja.az

10Mənbələr