İstanbulda saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı 30 nəfərə çatıb.
İndex.az “Anadolu”ya istinadən xəbər verir ki, İstanbul xəstəxanalarına metanol zəhərlənməsi əlamətlərilə ümumilikdə 83 nəfər müraciət edib.
Onlardan 4-ü müalicədən sonra evə buraxılıb, 31 nəfər reanimasiyadadır, 18 nəfər isə adi şöbələrdə müalicə olunur.
Daha əvvəl xəstəxanaya yerləşdirilmiş 66 nəfərdən 23-nün öldüyü barədə məlumat verilmişdi.
Xatırladaq ki, İstanbulda saxta spirtli içkidən kütləvi zəhərlənmə yanvarın 14-də məlum olub. Onlarla insan metanol zəhərlənməsinin kəskin əlamətləri ilə şəhərin müxtəlif yerlərində xəstəxanalara müraciət edib. Hüquq-mühafizə orqanlarında açılan cinayət işləri çərçivəsində saxlanılanlar var.