Bakı, TurkicWorld
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa girovların qaytarılması və onlarla girov və onların ailələrinin iztirablarına son qoyulması ilə bağlı razılığın əldə olunmasına kömək etdiyinə görə təşəkkür edib.
TurkicWorld xəbər verir ki, açıqlamada Netanyahunun tezliklə Vaşinqtonda Trampla görüşməyə razılaşdığı, həmçinin İsrail baş nazirinin telefon danışığında ABŞ prezidenti Co Baydenə də girov müqaviləsində göstərdiyi köməyə görə təşəkkür etdiyi bildirilib.
Qeyd edək ki, Prezident Bayden və Qətərin baş naziri , həmçinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani Qəzza zolağında İsrail və HƏMAS arasında rəsmi olaraq atəşkəs razılaşmasının əldə edildiyini və bu razılaşmanın gələn bazar günü həyata keçiriləcəyini açıqlayıblar.
“Amerikalılar girovların azad edilməsinin birinci mərhələsinin bir hissəsi olacaq” - deyə Bayden bildirib. "Fələstinlilər Qəzzanın hər yerində öz məhəllələrinə qayıda biləcəklər və razılaşma danışıqların davam etdiyi müddətdə atəşkəsin də davam edəcəyini nəzərdə tutur." -deyə o əlavə edib.
ABŞ prezidenti bəyan edib ki, İsrail yaxın altı həftə ərzində sazişin ikinci mərhələsi ilə bağlı danışıqlar aparacaq.