Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətinin Bottrop şəhərində bir binada baş verən yanğında 2 nəfərin öldüyü, 8 bina sakininin və bir yanğınsöndürənin yaralandığı bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, yanğınsöndürmə işçilərinin verdiyi açıqlamaya görə, səhər saatlarında yanğın xəbəri aldıqdan sonra hadisə yerinə gələn qruplar birinci mərtəbədəki mənzilin pəncərələrindən alov çıxdığını gördükdən sonra yanğına müdaxilə edib.
Binanın pilləkən qəfəsi tüstü ilə dolduğu üçün sakinlər yanğın nərdivanlarından təxliyyə edilərkən yanan mənzildə 2 nəfərin meyitinin tapıldığı bildirilib.
Bildirilib ki, 8 bina sakini tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib, onlardan 2-nin vəziyyəti ağırdır.
Yanğına müdaxilə zamanı yerə yıxılan yanğınsöndürənin üzündən yaralandığı paylaşılıb. Yanğının səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.