Türk Hava Yolları Suriyanın yeni hakimiyyət orqanlarının İsrail və İran vətəndaşlarının daşınmasını qadağan etdiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, müvafiq qərar aviaşirkətin saytında yerləşdirilib.
Aviaşirkət Suriya hakimiyyətinin tətbiq etdiyi giriş məhdudiyyətlərinin tam siyahısını dərc edib:
•Sərnişinlər Suriya vətəndaşlığını təsdiq edən sənədləri təqdim etməlidirlər;
•İsrail və İran vətəndaşlarının Suriyaya daxil olması qadağandır;
•Jurnalistlərin Suriyaya daxil olması üçün xüsusi icazə lazımdır.