AZ

Zaxarova: Ermənistanın Rusiyalı jurnalistin bəyanatlarına reaksiyası təəccüb doğurur

Ermənistanın Rusiya televiziyasının jurnalist bəyanatlarına reaksiyası qəribədir, çünki Moskvanın rəsmi mövqeyi İrəvana məlumdur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.

Qeyd edək ki, rəsmi İrəvan rusiyalı jurnalist Dmitri Kiselyovun son proqramına çox sərt reaksiya göstərib və proqramın Ermənistan ərazisində yayımının dayandırılacağını bildirib.

“Biz Ermənistanda söz azadlığını olduğunu eişidirdik. (Həmin verilişdə səslənənlər) bizim rəsmi reaksiyamız, nöqteyi-nəzəri deyil, dövlətin rəsmi mövqeyi İrəvana yaxşı məlumdur”, - deyə Zaxarova qeyd edib.

Rusiyalı Diplomatın sözlərinə görə, Moskva ardıcıl olaraq 2020-2022-ci illərdə ən yüksək səviyyədə üçtərəfli sazişlər əsasında Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasından danışıb. “Söhbət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli bəyanatından gedir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat rabitəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin sərhəd xidməti orqanları həyata keçirir və tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının tikintisi təmin ediləcək”,- deyə o, qeyd edib.

Zaxarovanın sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin sədrlik etdiyi üçtərəfli işçi qrupun fəaliyyətinin əsasında məhz bu məntiq dayanır. Qrup daxilində mühüm praktik nəticələr əldə etmək və Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpasına və təşkilinə yaxınlaşmaq mümkün olub.

Onun bildirdiyinə görə, üçtərəfli işçi qrupu heç vaxt Ermənistanda hər hansı ekstraterritorial dəhliz yaradılmasını müzakirə etməyib.

Musavat.com

Seçilən
1
1
musavat.com

3Mənbələr