Bakı. Trend:
Bəzi böyük dövlətlərin müstəqil və suveren dövlətlərin daxiliişlərinə qarışma cəhdi yeni tendensiya deyil.
Trend xəbər verir ki, bubarədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun BayramovGürcüstan xarici işlər naziri Maka Botchorishvili ilə birgə Bakıdakeçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, böyük ehtimalla bu cəhdlər heç bir zamanindi olduğu kimi, böyük və aqressiv şəkildə olmayıb.
“Azərbaycan və Gürcüstan hansısa böyük dövlətlərin diktəsinəgörə yox, öz milli maraqlarına uyğun siyasət həyata keçirir. Beləolan halda isə hədəf olaraq seçilir. Alət olaraq da müxtəlifprosesləri bəhanə kimi seçirlər. COP29 kimi beynəlxalq tədbiriAzərbaycana çirkin əməllərlə hücum etmək üçün bəhanəyəçevirmişdilər”,- deyə nazir bildirib.