AZ

Postekoqlu “Arsenal”a məğlubiyyətə aydınlıq gətirdi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Premyer Liqasının “Arsenal”la 21-ci tur səfər oyunu (1:2) haqda fikrini paylaşıb.

Arena.az “Tottenhem”in rəsmi saytına yunanəsilli avstraliyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Biz kifayət qədər yaxşı deyildik, xüsusən də birinci hissədə. Biz çox ölüvay idik və “Arsenal”a oyuna nəzarət etməyə imkan yaratdıq. İstər topla, istərsə də topsuz onlara oyunun nəbzini diktə etməyə icazə verməyimiz və bunun bədəlini baha ödədiyimiz üçün həqiqətən məyus olduq. İkinci hissəni azacıq daha yaxşı keçirdik, həm də kifayət qədər yaxşı oynamadıq”, deyə Postekoqlu narazılıqla bildirib.

Cari mövsümdə keçirdiyi 21 oyunda 24 xal toplamış “Tottenhem” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb. “Arsenal” isə 43 xalla 2-ci pillədədir.

Premyer Liqaya 20 oyunda 47 xal toplamış “Liverpul” başçılıq edir.

Seçilən
23
12
arena.az

10Mənbələr