AZ

Bir ildə korrupsiya ilə bağlı 158 cinayət işi məhkəmələrə göndərilib

Ötən dövr ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 226 şəxs barəsində 158 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

APA xəbər verir ki, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd olunub ki, məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılmış, qalanları isə hazırda məhkəmə baxışındadır.

İstintaqı tamamlanmış cinayət işlərindən 111 şəxs barəsində 67 iş ağır cinayətlər məhkəmələrinə, 5 şəxs barəsində 3 iş hərbi, eyni zamanda 110 şəxs barəsində 88 cinayət işi isə rayon (şəhər) məhkəmələrinə göndərilib.

Qeyd edilən müddət ərzində Baş İdarədə 381 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılmış, 314 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, 67 material üzrə isə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmiş və digər prokuror təsir tədbirləri tətbiq edilib.

Seçilən
1
3
apa.az

5Mənbələr