Böyük Britaniya və Ukrayna 100 illik tərəfdaşlıq sazişi imzalayıblar ki, bu saziş iki ölkə arasında ticarət, təhlükəsizlik və müdafiədən tutmuş elm və texnologiya, təhsil, mədəniyyət və s. sahələrə kimi münasibətlərin bütün sahələri üzrə güclü əlaqələr qurmaq üçün nəzərdə tutulub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, sənədi Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Key Starmer imzalayıblar.
“Bu gün həqiqətən də tarixi bir gündür, Ukrayna ilə Böyük Britaniya arasında münasibətlər həmişəkindən daha yaxındır”,- deyə Zelenski bildirib.
Qeyd olunur ki, sənəd Baltik, Qara və Azov dənizlərində təhlükəsizliyin gücləndirilməsi üçün yeni struktur vasitəsilə dəniz təhlükəsizliyi sahəsində ölkələr arasında hərbi əməkdaşlığı təşviq edəcək.