“Şamaxı” klubu qış fasiləsində növbəti transferini reallaşdırıb.
Bölgə təmsilçisinin mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən məlumata görə, komanda müdafiəçi Vladislav Veremeyevi heyətinə qatıb.
Ukraynalı mərkəz müdafiəçisi ilə il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçunun son klubu Latviyanın “Yelqava” olub.