AZ

"Red Bull" əsas sponsorunu itirib

"Formula-1" komandası "Red Bull" əsas sponsorunu itirib.

İdman.biz xəbər verir ki, "Orlen" şirkəti Avstriya təmsilçisi ilə əməkdaşlığa son qoyub.

Tərəflər 2023-cü ildən əməkdaşlıq ediblər. "Orlen"dən "Formula-1"ə ayrılan sponsorluq büdcəsinin dəyişməyəcəyi və bundan sonra gənc pilotların inkişafı istiqamətində fəaliyyət göstərəcəkləri bildirilib.

Qeyd edək ki, "Red Bull"un sürücüsü Maks Ferstappen son 4 ildə dünya çempionu tituluna yiyələnib.

İdman.biz

Seçilən
46
2
idman.biz

7Mənbələr