AZ

Portuqaliya millisinin və “Real”ın sabiq futbolçusu qanunsuz biznes açmaqda ittiham olunur

İspaniya təmsilçisi “Real”ın (Madrid) sabiq futbolçusu Fabio Koentrao lisenziya olmadan dəniz məhsulları biznesi açmaqda ittiham edilir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliya millisinin sabiq müdafiəçisinin icarəyə götürdüyü anbarda bir ton qanunsuz dəniz məhsulları aşkar edilib.

Təbii Sərvətlər, Təhlükəsizlik və Dəniz Xidmətləri Baş Müdirliyinin (DGRM) müfəttişləri xərçəng, karides və kambala dolu 12 dəniz suyu çəni müəyyənləşdiriblər.

Koentrao satmaq üçün lisenziyası olmayan qanunsuz biznes yaradıb, 760 kiloqram məhsulun sənədi olmayıb və qeyri-qanuni hesab edilib.

36 yaşlı keçmiş oyunçunun 7 aydan artıq bu işlə məşğul olduğu və dövlətə milyonlarla ziyan vurduğu bildirilir.

Qeyd edək ki, F.Koentrao 2011-2018-ci illərdə "Real"ın formasını geyinib.

Seçilən
2
1
report.az

10Mənbələr