Şəmkir şəhərinin küçələrində asfalt-beton örtüyünün salınması və cari təmiri işləri aparılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, texnoloji ardıcıllığa uyğun aparılan işlər nəticəsində bu dəfə Elpərəst Hüseynov küçəsi yenidən qurulub.
Bununla yanaşı, Səməd Vurğun (1-ci küçə), Həzi Aslanov (2-ci küçə), M.Ə.Sabir (3-cü küçə), Nizami Gəncəvi (4-cü küçə), İsrafil Məmmədov (5-ci küçə), Rəşad Sadıqov (Şəmkir Şəhər Parkının arxası), Əhməd Cavad (H.Əliyev prospektindən Şəhidlər Xiyabanına olan hissə), Məhəmməd Füzuli (1-ci 13-cü küçənin arası 3-cü döngə), M.Paşayev (1-ci 8-ci küçənin arası 2-ci döngə), Mübariz İbrahimov (6-cı küçənin üst döngəsi), M.Ə.Rəsulzadə (8-ci küçə), Şəmistan İbrahimov küçələrində və Dəllər qəsəbə yolunda ümumu uzunluğu 5 kilometr olan hissəsində cari təmiri işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.
Yeni asfalt örtüyü salınan küçələrdə xüsusi texnika vasitəsilə kipləşdirmə işləri aparılaraq yüksək keyfiyyətli, iki qatlı asfalt-beton örtüyü salınıb. Eyni zamanda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq xətlər çəkilib.