AZ

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi işçi axtarır - VAKANSİYA

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

Analitika və risklərin idarəolunması şöbəsinin məsləhətçisi

Son tarix 31 yan 2025 - [email protected]

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin təşkili, səhiyyə və idarəetmə sahələri üzrə);
  • Təcrübə: Analitika sahəsində ən azı 2 illik iş təcrübəsi;
  • Texniki biliklər: Microsoft Office, Power BI, SQL üzrə yaxşı səviyyədə biliklər;
  • Şəxsi bacarıqlar: Operativlik, komandada işləmə, vaxtın idarə edilməsi və problemlərin həlli bacarıqları;
  • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, yaxşı səviyyədə ingilis dili biliyi.

Vəzifə öhdəlikləri:

  • Strateji qərarların dəstəklənməsi üçün qabaqcıl analitik modellərin yaradılması;
  • Gündəlik, aylıq və illik hesabatların hazırlanması və avtomatlaşdırılması;
  • Dəqiq və vizual baxımdan diqqətçəkən Power BI və Excel hesabatlarının hazırlanması;
  • Mövcud məlumatlardan istifadə edərək trendlərin və proqnozlaşdırıcı modellərin qurulması;
  • SQL sorğuları vasitəsilə verilənlərin idarəedilməsi və optimallaşdırılması;
  • Agentliyin KPI-larının izlənməsi, optimallaşdırılması üçün təkliflərin verilməsi;
  • Beynəlxalq təcrübələrə əsaslanaraq analitik yanaşmaların təkmilləşdirilməsi.

İş şəraiti:

  • İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Praktiki tapşırıq/test mərhələsi
  • Müsahibə

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik! 

Seçilən
20
35
fed.az

10Mənbələr