AZ

Rusiya Belarusu darda qoymayacaq – Kemlin sözçüsü Dmitri Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya Belarusa qarşı təcavüz olacağı təqdirdə onu problem içində qoymayacaq.

O xatırladıb ki, bununla bağlı Moskvanın müvafiq öhdəlikləri var. “Bizim həqiqi müttəfiqimiz Belarusun təhlükəsizliyini həm İttifaq dövləti çərçivəsində, həm də qəbul edilmiş digər qərarlar çərçivəsində təmin etmək öhdəliyimiz var”, – deyə Dmitri Peskov bildirib. Bunun ardınca jurnalistlər onun sözlərindən Rusiyanın Belarusu darda qoymayaqlarını soruşublar. “Tamamilə doğrudur” – deyə Peskov əmin edib. Bu gün, yanvarın 16-da Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib ki, Qərb ölkələri Belarus radikalları tərəfindən ölkənin sərhəd rayonlarını ələ keçirmək planlarını həyata keçirir.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
50
editor.az

10Mənbələr