AZ

Yaponiya NATO-da daimi nümayəndəliyini açır


Yaponiya NATO-da ayrıca daimi nümayəndəlik açıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər nümayəndəliyin funksiyalarını Yaponiyanın Belçikadakı səfirliyi yerinə yetirib.
“Yaponiya və NATO fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşlardır. Yaponiya ilə NATO arasında münasibətlər son illərdə inkişaf edib, çünki Avro-Atlantik və Hind-Sakit Okean regionlarının təhlükəsizliyinin bölünməz olması getdikcə aydınlaşır”, - məlumatda deyilib.
Seneqaldakı keçmiş səfir Osamu İzava alyansa daimi nümayəndə təyin edilib.
Struktur olaraq Yaponiyanın Brüsseldəki səfirliyinin bir hissəsi olan Yaponiyanın NATO yanında missiyası 2018-ci ildə açılıb. XİN hesab edir ki, ayrıca təşkilati strukturun yaradılması Yaponiyaya NATO ilə daha da səmərəli əməkdaşlıq etməyə imkan verəcək və gələcəkdə əlaqələrin daha da möhkəmlənməsinə və inkişafına töhfə verəcək.
Seçilən
3
15
yeniavaz.com

10Mənbələr