AZ

Yaponiya NATO-da nümayəndəlik açdı

Yaponiya NATO-da daimi nümayəndəliyini açıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əvvəllər nümayəndəliyin funksiyalarını Yaponiyanın Belçikadakı Səfirliyi həyata keçirib.

“Yaponiya və NATO fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşlardır. Tərəflər arasında əlaqələr son illərdə inkişaf edib, çünki Avro-Atlantik və Hind-Sakit Okean regionlarının təhlükəsizliyinin bölünməz olduğu daha da aydınlaşıb”, - deyə XİN-in bəyanatında qeyd olunub.

Seçilən
11
15
oxu24.com

5Mənbələr