Yaponiya NATO-da ayrıca daimi nümayəndəlik açıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bidirilib ki, əvvəllər nümayəndəliyin funksiyalarını Yaponiyanın Belçikadakı səfirliyi həyata keçirirdi.
“Yaponiya və NATO fundamental dəyərləri və strateji maraqları bölüşən tərəfdaşlardır, Yaponiya ilə NATO arasında əlaqələr son illərdə inkişaf edib, çünki Avro-Atlantik və Hind-Sakit Okean regionlarının təhlükəsizliyinin bölünməz olduğu daha da aydınlaşıb” , - departamentin açıqlamasında bildirilir