AZ

"Arsenal" sloveniyalı forvarda elçi düşdü - Arteta şəxsən danışıq aparır

Almaniyanın "Leypsiq" klubunun hücumçusu Benyamin Şeşko iş yerini dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Sem Si özünün "X" sosial şəbəkə hesabı üzərindən paylaşım edərək məlumat yayıb. 

Mənbənin məlumatına görə, İngiltərə nəhəngi "Arsenal" sloveniyalını heyətinə qatmağa can atır. London klubu artıq "Leypsiq" ilə danışıqlara başlayıb. İddiaya görə, “topçular”ın baş məşqçisi Mikel Arteta 21 yaşlı sloveniyalı ilə şəxsən bir neçə dəfə danışıb. 

Bununla belə, problem var. "Arsenal" Şeşkonu sonradan almaq şərti ilə icarəyə götürmək istəyir, "Leypsiq" isə oyunçusunu satmaq niyyətindədir. 

Forvardın xidmətində "Çelsi", "Mançester Yunayted" kimi daha iki İngiltərə nəhəngi də maraqlıdır. 

Bu mövsüm Bundesliqa təmsilçisində 25 oyun keçirərək 13 qol vuran və 3 məhsuldar ötürmə edən Şeşko ötən yay "Leypsiq"lə müddəti 2029-cu ilə qədər nəzərdə tutulan yeni anlaşmaya qol çəkib.

Mirağa

Seçilən
8
17
fanat.az

10Mənbələr