Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 6 kq çəkidə körpə dünyaya gəlib.
Bu barədə Bakıvaxtı.az-a KTM-dən bildirilib.
Məlumata görə, yanvarın 10-da saat 20:30 tarixində Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qadın cinsli uşaq dünyaya gəlib. Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iri çəkili uşaq hesab olunur.
Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub.
Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.
Hazırda körpənin vəziyyəti orta-ağır və ananın vəziyyəti stabil qiymətləndirilir.