AZ

Netanyahunun ofisi Qəzza zolağındakı atəşkəsi təsdiqləyib

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi İsrail, Fələstinin HƏMAS hərəkatı, ABŞ və Qətər tərəfindən girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin imzalandığını təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” bəyanata istinadən məlumat yayıb.

Buna əsasən, sazişi təsdiqləmək üçün təhlükəsizlik nazirləri kabineti çağırılacaq, ardınca isə hökumətin iclası keçiriləcək. Səsvermə yanvarın 18-də keçiriləcək.

Qeyd olunur ki, səsvermənin təxirə salınması ilə əlaqədar sövdələşmə üzrə ilk üç girovun azad edilməsi yanvarın 20-nə təxirə salınacaq. Gecikməyə səbəb kimi danışıqların sonunda HƏMAS ilə yaranan fikir ayrılıqları göstərilib.

İsrailin Walla xəbər portalı Netanyahuya istinadən məlumat verib ki, danışıqlar qrupu yanvarın 16-da axşam Dohada Qəzza zolağında girovların azad edilməsi və atəşkəs haqqında saziş imzalayıb.

Seçilən
21
50
modern.az

10Mənbələr