AZ

İsrail Təhlükəsizlik Kabineti Qəzza sazişinin təsdiqini müzakirə edəcək

İsrailin Təhlükəsizlik Kabineti və hökuməti yanvarın 17-də (bu gün) Qəzzada atəşkəs və girovların azad edilməsinə dair sazişi təsdiqləmək üçün bir araya gələcək.

Bu barədə yerli media orqanları məlumat yayıb. Məlumatda İsrailin Təhlükəsizlik Kabinetinin Qətərin paytaxtı Dohada aparılan danışıqlarda ''Həmas'' ilə İsrail arasındakı münaqişəni həll etmək üçün toplanacağı bildirilib.

“The Jerusalem Post”un yaydığı məlumata görə, İsrail hökumətinin koalisiya tərəfdaşı olan Şas Partiyasının lideri Arye Deri ''Həmas'' ilə sir mübadiləsi və atəşkəsə dair razılaşmanın əldə olunduğu barədə məlumatlandırıldığını bildirib.



Seçilən
0
15
trt.net.tr

10Mənbələr