AZ

Xorvatiyanın PPD şirkətindən qaz tədarükü ilə bağlı SOCAR-la əməkdaşlıq perspektivlərinə dair AÇIQLAMA

Bakı. Trend:

Xorvatiyanın “Prvo Plinarsko Drustvo” (PPD) şirkəti AzərbaycanDövlət Neft Şirkəti (SOCAR) ilə gələcək əməkdaşlıq imkanlarınınöyrənilməsinə marağı qoruyub saxlamaqdadır.

Bunu TrendəPPD-dən olan mənbə bildirib.

PPD Xorvatiyada ən iri təbii qaz idxalçısı hesab olunur vəölkənin istehlakçıları üçün qaz tədarükünü təmin edir. Ötən ilinsentyabr ayından şirkət, eyni zamanda, Azərbaycan qazınınXorvatiyaya tədarükünə vasitəçilik edir.

“SOCAR-la müqavilədə müəyyən edilmiş və ya hazırda tədarükedilən qaz həcmləri barədə konkret rəqəmləri açıqlaya bilməsək də,onu təsdiq edə bilərik ki, bu əməkdaşlıq bizim tədarük portfelimiziəhəmiyyətli dərəcədə möhkəmləndirib, ələlxüsus cari payız-qışmövsümündə”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, mövcud tərəfdaşlıq təbii qaz mənbələrininşaxələndirilməsinə və Xorvatiyadakı müştərilərin enerjitəhlükəsizliyinin təmin olunmasına yönəlmiş uzunmüddətli şirkətstrategiyalarına uyğun gəlir.

“Bu kontekstdə PPD enerji tədarüklərimizin şaxələndiirlməsiningücləndirilməsi və etibarlılığının artırılması məqsədilə SOCAR-lavə digər etibarlı tərəfdaşlarla əməkdaşlıq imkanlarının bundansonra da öyrənilməsinə açıqdır. Bununla belə, bu əməkdaşlığın həcmivə müddəti bazar şəraitindən və bizim indiki və gələcəkmüştərilərimizin tələblərindən asılı olacaq”, - deyə mənbəbildirib.

Qeyd edək ki, SOCAR 1 sentyabr 2024-cü ildən etibarənXorvatiyaya təbii qaz tədarükünə başlayıb. Sözügedən tədarük PPD vəMET Group vasitəsilə həyata keçirilir.

Azərbaycan Avropaya təbii qazı Cənub qaz dəhlizi vasitəsilə nəqledir. Trans-Adriatik boru kəmərinin cari buraxıcılıq qabiliyyətidəhlizin Avropa hissəsində ilə 10 milyard kubmetr təşkil edir.Bununla boru xətti ilə nəql 20 milyard kubmetrə çatdırılmapotensialına malikdir.

X: @Lyaman_Zeyn

Seçilən
1
1
az.trend.az

2Mənbələr