AZ

TƏBİB quruma olunan müraciətlərin əsas mövzusunu açıqladı

Ötən il ərzində TƏBİB-in “815” Çağrı Mərkəzinə ümumilikdə 107 472 zəng daxil olub.

Bu barədə Teleqraf.com-a TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, müraciətlərdən 89 261 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 18 211 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 8 579 müraciət ilə bağlı vətəndaşlara müvafiq izahatlar verilib, 9 226 müraciət ilə bağlı məsələ həll edilib, 406 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və ən əsası, vətəndaş məmnunluğunun təmin edilməsidir.


Müəllif: Şəbnəm Zahir
Seçilən
3
6
teleqraf.com

8Mənbələr