Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət ƏməkMüfəttişliyi Xidməti 2024-cü ildə vətəndaş müraciətləriniaraşdırarkən 61 işçinin əmək müqavilələrinə qanunvericiliyintələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, xidmətinqanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçiləryenidən əvvəlki işlərinə bərpa olunublar.
Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin işəgötürənlərtərəfindən sosial xarakterli ödənişlərdən ibarət 213 min manatdançox məbləğdə vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyinimüəyyən edib.
Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsaitişəgötürənlər tərəfindən işçilərə ödənilib.
Ödənilən vəsaitin 88,6 faizi əməkhaqlarından, qalan hissəsiişəgötürənlər tərəfindən ödənilməli olan müavinət vəkompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.