AZ

General Hoces: Trampın Qrenlandiya ritorikası Kremlə hədiyyədir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqı ilə bağlı dedikləri tamamilə faydasızdır və Kremlə hədiyyədir...

Poliqon xəbər verir ki, bunu ABŞ ordusunun Avropadakı keçmiş baş komandanı, istefada olan general-leytenant Ben Hoces Der Spiegel nəşrinə müsahibəsində bildirib.

"Qrenlandiya NATO dövləti və ABŞ-ın müttəfiqi olan Danimarkaya məxsusdur. NATO ölkələrinin birliyini təhdid edən hər şey Kremlə hədiyyədir. Ona görə də belə bəyanatlar tamamilə faydasızdır", deyə hərbçi bildirib.

Hocesin fikrincə, Trampın hətta zarafatla dedikləri bütün dünyada qəzəb doğurur. O, ümid etdiyini bildirib ki, yaxın gələcəkdə seçilmiş prezident seçki kampaniyası rejimindən hökumət rejiminə keçəcək.

Tramp Qrenlandiya ilə bağlı iddialarda israr etməyə davam edir və Danimarkanı ticarət müharibəsi ilə hədələyir. Bu barədə Danimarkanın baş naziri Mette Frederiksen gələcək Amerika lideri ilə yanvarın 15-də baş tutan telefon danışığından sonra bildirib.

Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. Siyasətçinin sözlərinə görə, o, həmçinin Panama kanalını ABŞ-ın nəzarətinə qaytarmaq və Meksika körfəzinin adını Amerika körfəzi adlandırmaq niyyətindədir. Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb.

Poliqon.info

 

 

Seçilən
9
poliqon.info

1Mənbələr