Sulşer “Beşiktaş”a rəhbərlik edə bilər
“Beşiktaş” “Mançester Yunayted”in sabiq baş məşqçisi Ole Qunnar Sulşerlə danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər 2026-cı ilə qədər müqavilə üzrə razılığa gəlməyə yaxındırlar.
İnsayder bildirib ki, Sluşer Avropa Liqasında “Atletik”lə baş tutacaq oyundan əvvəl komandaya rəhbərlik edəcək. Oyun çərşənbə günü, yanvarın 22-də, Bakı vaxtı ilə 19:30-da başlayacaq.
Norveçli mütəxəssis komandanın “Samsunspor”la oyununu isə tribunadan izləyəcək. Bu görüş yanvarın 18-də baş tutacaq.
Qeyd edək bundan əvvəl 51 yaşlı Sulşer “Mançester Yunayted”in baş məşqçisi olub. Lakin 2021-ci ilin noyabrında o, komanda ilə yollarını ayırıb. Əvvəllər Sulşer “Molde” və “Kardiff Siti” komandalarını da çalışdırıb.
Xatırladaq ki, “Beşiktaş”ın əvvəlki baş məşqçisi Covanni van Bronxorst olub. Onun 2024-cü ilin noyabrında qovulmasından sonra baş məşqçi vəzifəsini müvəqqəti icra etmək üçün Serdar Toprakpete təyin edilib.