İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir hökumətin ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında atəşkəs razılaşmasını təsdiqləyəcəyi təqdirdə istefa verəcəyini bildirib. Razılaşmanı tənqid edən İtamar Ben-Qvir bunun İsrailin müharibə nailiyyətlərini zəiflədəcəyini iddia edib. Siyasi gərginliyə baxmayaraq, parlamentdə Baş nazir Benyamin Netanyahuya dəstək verənlərin sayı çoxdur. ABŞ rəsmiləri isə atəşkəsin bazar günü qüvvəyə minəcəyini gözləyirlər.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta