AZ

Beynəlxalq təşkilatlar tərəfindən 20 Yanvar faciəsinə hələ də hüquqi qiymət verilməyib - Ombudsman

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) 1990-cı il 20 Yanvar faciəsinin 35-ci ildönümü iləəlaqədar bəyanat verib.

Trend xəbərverir ki, bəyanatda deyilir:

"Azərbaycan xalqının milli azadlıq ruhunun, müstəqillikarzusunun qarşısının alınması məqsədilə keçmiş SSRİ qoşunlarının1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə mülki əhaliyə qarşıamansızcasına törətdiyi qanlı hadisədən – 20 Yanvar faciəsindən 35il ötür.

Ölkəmizə qarşı keçmiş SSRİ rəhbərliyinin qərəzli münasibətinə,tarixi torpaqlarımız olan indiki Ermənistanın ərazisindənazərbaycanlıların deportasiyasına və Azərbaycana qarşı Ermənistanınəsassız ərazi iddialarına etiraz edən xalqımızın iradəsini qırmaqüçün insanlıq əleyhinə törədilmiş bu ağır cinayət nəticəsindəBakıda və respublikamızın digər bir neçə rayon və şəhərlərindəqadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakinöldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbsedilmişdir.

Həmin gün azadlıq naminə meydanlara çıxan xalqımızın qəhrəmanlıqsalnaməsi olmaqla yanaşı, silahsız insanların qorxmadan şərəf vələyaqətlə azadlıq uğrunda mübarizə apardığı tarixi bir gündür.Günahsız insanlara qarşı vəhşicəsinə törədilmiş terror aktınabaxmayaraq, Azərbaycan xalqı öz müstəqilliyinə qovuşmuşdur.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev təzyiqlərə və həyatınayarana biləcək təhlükəyə baxmayaraq, 1990-cı il 21 yanvar tarixindəailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daiminümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş, sərt bəyanatverərək bu ağır cinayətin SSRİ rəhbərliyi tərəfindən törədildiyinidünya ictimaiyyətinə çatdırmışdır. Yalnız Ulu Öndər Heydər Əliyevyenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü ildə 20 Yanvarhadisələrinə siyasi-hüquqi qiymət verildi.

Beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin həmin dövrdəbu hadisənin törədilməsini qınamaması daha sonra ermənilərtərəfindən torpaqlarımızın işğal olunmasına və xalqımıza qarşısoyqırımı aktlarının törədilməsinə rəvac vermişdir.

Ovaxtkı SSRİ rəhbərliyinin əmri ilə icra olunmuş insanlıqəleyhinə cinayət nəticəsində BMT-nin Nizamnaməsi, beynəlxalqhüququn ümumtanınmış norma və prinsipləri, o cümlədən keçmiş Sovetİttifaqının iştirakçısı olduğu beynəlxalq müqavilələrin tələblərikobud şəkildə pozulmuş və insan hüquqları ciddi şəkildətapdalanmışdır.

Lakin təəssüflə qeyd etmək istərdik ki, beynəlxalq təşkilatlaravə dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinəbaxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqiqiymət verilməmiş, həmin qanlı cinayəti törətmiş şəxslərməsuliyyətdən kənarda qalmışlar.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) olaraq, beynəlxalq cinayətlərin ən ağır növlərindənbiri olan insanlıq əleyhinə cinayət kimi 20 Yanvar hadisələrinintövsif edilməsini və bu cinayətləri törətmiş hərbi qulluqçularlayanaşı, onların icrasına əmr verən şəxslərin də cinayətməsuliyyətinə cəlb olunmasını təmin etmək üçün beynəlxalqtəşkilatları və dünya ictimaiyyətini ədalətli mövqe nümayişetdirməyə çağırıram"

Məqalədə:
Seçilən
9
20
az.trend.az

10Mənbələr