Ukrayna hərbçiləri Rusiyanın Belqorod vilayətində Rusiya hərbi obyektlərinə dəqiq zərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata görə, Ukrayna qoşunları Rusiyanın 568-ci zenit-raket alayının zenit-raket diviziyasının mövqelərinə hücum etməyə nail olub. Ukrayna qüvvələrinin endirdiyi zərbədən sonra S-400 zenit-raket kompleksinin 92N6 radar stansiyası fəaliyyətini dayandırıb.
Həmçinin Rusiyanın 336-cı radiotexniki alayının radiotexniki batalyonunun radar bölüyünün avadanlıq və mexanizmlərinin zədələnməsi də təsdiqlənib.