Bu gün Nərimanov Rayon Məhkəməsində “Sumqayıt” Futbol Klubunun prezidenti Riad Rəfiyevin jurnalistlər İxtiyar Əsgərov və Anar Şabanoğluna qarşı şikayəti əsasında hazırlıq iclası keçirilib.
Mia.az xəbər verir ki, bu barədə matc.az saytının Baş redaktoru İxtiyar Əsgərov sosial media hesabında yazıb.
Onun sözlərinə görə. məhkəmə iclasına hakim Nərgiz Tağıyeva sədrlik edib: "Hakim iddiaçı tərəfin sübutlarının azlığına görə Rəfiyevin vəkilinin əlavə sübutlar təqdim etmək üçün vəsatətini nəzərə alaraq, hazırlıq iclasını fevralın 24-nə təxirə salıb".
Mia.az