AZ

Kamal Sunalın “Zübük”ü yenidən ekranlaşdırılır – Bu dəfə baş rolda oğlu olacaq


1980-ci ildə çəkilən, rejissoru Kartal Tibet, ssenari müəllifi Atıf Yılmaz olan “Zübük” filmi uzun illərdən sonra yenidən ekranlaşdırılacaq.
Yeniavaz.com
Haberler.com-a istinadıa xəbər verir ki, Kemal Sunalın baş rolda oynadığı filmdə İbrahim Zübükzadə rolunu canlandıracaq aktyor da məlum olub.
Belə ki, filmin rejissoru Ezel Akay bir müddət əvvəl qonaq olduğu “Ali ile Aramızda” verilişində Zübükün yeni versiyasını Ali Sunalın canlandıracağını bildirib.
Akay bu rolu Ali Sunala illər əvvəl təklif etdiyini, lakin məşhur aktyorun “Atamın oynadığı rolları oynaya bilmərəm” deyərək, təklifi rədd etdiyini bildirib.
Ancaq rejissor son nəticədə Ali Sunalı bu simvolik obrazı canlandırmağa razı sala bildiyini qeyd edib.
Qeyd edək ki, “Zübük” filmi Əziz Nesinin eyniadlı romanı əsasında çəkilib. Aktyor heyətində Kamal Sunalla yanaşı, Nevra Serezli, Bülent Kayabaş, Kadir Savun, Osman Alyanak, Ali Şen, Metin Serezli və Memduh Ün də yer alıb.
Ezel Akay


Ali Sunal
Seçilən
15
yeniavaz.com

1Mənbələr