AZ

Politoloq: "Gürcüstanla münasibətlərimiz ancaq yaxşıya doğru gedəcək"

"Gürcüstan bizim strateji müttəfiqimizdir. Biz hər zaman dostluq, qardaşlıq münasibətində olmuşuq. Bu münasibətlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev  hakimiyyətə gələndə Gürcüstanda  Eduard Şevardnadze ilə görüşdü. Tiflisdə böyük görüşlər keçirdi. Heydər Əliyev çıxışı zamanı Eduard Şevardnadzenin Azərbaycan diasporası sözünü kəsərək, azərbaycanlıların diaspora yox, Gürcüstanın yerli xalqları olduğunu bildirdi. Bundan sonra Şevardnadze səhvini anladı. Borçalıda yaşayan azərbaycanlılar tarixən orada yaşayan xalqlardır. Bu gün də Gürcüstanda 500 minə yaxın azərbaycanlı yaşayır. Azərbaycan hökuməti onlara daim diqqət və qayğı ilə yanaşır".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib. 

"Gürcüstan bizim üçün önəmli ölkədir. Neftimiz və qazımız Gürcüstan üzərindən Avropaya daşınır. Həmin xətlərdən onlar da faydalanırlar. Çətin dövrlərdə də Azərbaycan hər zaman Gürcüstana dayaq olub. Son illərdə orada oxuyan azərbaycanlı tələbələrə SOCAR təqaüd verir. Məktəblərin tikilməsidə, bağçaların açılmasıdə, yolların salınmasında Azərbaycan yaxından iştirak edir. Gürcüstanla iqtisadi bağlarımız çoxdur. Siyasi məsələlərdə də hər zaman razılaşırıq".

O bildirib ki, Azərbaycan Prezidenti keçən il Gürcüstana səfər etdi:

"Gürcüstan hakimiyyəti Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması üçün Tiflisdə görüşməyi təklif etdi. Gürcüstanla münasibətlərimiz daim inkişaf edir. Orada yaşayan gürcü soyadı olan ermənilər müəyyən mənada münasibətlərə əngəl törətməyə çalışırlar. Ancaq buna nail ola bilmirlər. Çünki qədimdən gürcülərlə azərbaycanlılar bir-birinə dayaq olublar. Bundan sonrakı münasibətlərimiz ancaq yaxşılığa doğru gedəcək".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
7
demokrat.az

1Mənbələr