Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Baydendən fərqli olaraq Donald Trampın ermənilərə rəğbəti yoxdur. Bu həm də erməni lobbisi, diasporu və kilsəsinin onun hakimiyyəti dövründə effektiv işlər görmə imkanının məhdudlaşması demək idi. Ermənilər ABŞ-dakı gücünü itirməmək, ən azından Vaşinqton-İrəvan münasibətlərini saxlamaq üçün son anadək əllərindən gələni edib, bu sənədi imzalatdı. Bu sənəd Bayden administrasiyasının məhsuludur. Trampın bu sənəddən irəli gələcək məsələləri icra edib- etməyəcəyi bəlli deyil. Ümumiyyətlə, Trampın xarici siyasi kursunda Cənubi Qafqaz prioritet deyil. Yəni bir müddət Cənubi Qafqaza laqeyd yanaşa bilər.
Tramp üçün hazırda daha mühüm məsələlər var. Rusiya-Ukrayna müharibəsi, İsrail-İran gərginliyi, Çinin artan gücü və Arktikaya nəzarət strategiyası və s. Ağ Ev bu məsələlərlə bağlı mövqe sərgilədikdən sonra üzünü Cənubi Qafqaza çevirə bilər. Digər tərəfdən, Trampın Cənubi Qafqaz siyasətində Ankara ilə əməkdaşlıq yolunu tutacağı gözlənilir.
Nəticə etibarilə Trampın strateji tərəfdaşlıq haqqında sənəddən razı qalacağını düşünmürəm. Həmçinin Tramp Azərbaycana qarşı 907-ci düzəlişin icrasını dayandıra, beləcə Bakıya jest edərək Azərbaycanla Ermənistan arasında balans yarada bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31