AZ

Yüksək rifah, vətəndaş məmnunluğu…

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Yasamal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, bu gün müstəqil Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır: “Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti ürəkdən dəstəkləyir, qazanılan nailiyyətləri olduqca yüksək qiymətləndirirlər”.

B.Nəbiyev bildirib ki, yüksək rifah və vətəndaş məmnunluğu ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas prinsipləridir: “Yerli özünüidarəetmə orqanlarının təkmilləşdirilməsi istiqamətində görülən işlər də bu baxımdan önəmlidir”.

Seçki qərargahının üzvü Zahid Cəfərov, təşviqat qrupunun üzvləri Rəna Mirzəzadə, Şölət Zeynalov və İlhamə Qəsəbova, bələdiyyə üzvlüyünə namizədlər Bəhram Şeydayev və Nicat İsmayılov YAP-ın seçki proqramı barədə ətraflı məlumat veriblər. Onlar vətəndaşların rifahı və mənafeyi naminə seçiciləri bələdiyyə seçkilərində fəal iştirak edərək YAP-ın namizədlərinə dəstək göstərməyə çağırıblar.

Seçicilər Gülarə Məhərrəmova, Ruqiyyə Babayeva və digərləri çıxış edərək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Seçilən
9
yeniazerbaycan.com

1Mənbələr