Türkiyəli futbol mütəxəssisləri Fatih Tekke, Tolunay Kafkas və Metin Aktaş bu gün Azərbaycana səfərə gəliblər.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Türkiyə millisinin sabiq üzvü, məşqçi Fatih Tekke, tanınmış mütəxəssis, Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı məşqçisi Metin Aktaş Azərbaycanda səfərdədirlər. Onlar bu gün Bakıda “Dalğa Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olublar. Qonaqlara Təlim-Məşq Mərkəzində yaradılmış şərait barədə məlumat verilib.
Xatırladaq ki, AFFA türkiyəli məşqçilərin Bakı səfərinin məqsədini açıqlamayıb.