AZ

Arayik Harutyunyan Arayik Azərbaycan xalqından üzr istəyib

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, bu gün Ermənistandövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindənAzərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “DağlıqQarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələritərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkarmüharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib,işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayətişi üzrə açıq məhkəmə prosesi başlayıb.

Trend xəbər verir ki,məhkəmədə hərbi cinayətkar Arayik Harutyunyan bəyanatla çıxışedərək bildirib ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərləvurulması ilə bağlı onun bəyanatı olub və buna görətəəssüflənir:

“Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mənvermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim buhadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görətəəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə birsəlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatıvaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdəizah etmişəm”.

Qeyd edək ki, prosesi yanvarın 21-dək təxirə salınıb.

Seçilən
11
29
az.trend.az

10Mənbələr