AZ

Qrant Melik-Şahnazaryan Azərbaycanı niyə təriflədi: "Qərb də, Rusiya da..."

Cənubi Qafqazda “qırmızı xətlərin” müəyyənləşməsi gedir – Ermənistanın gələcəyi milli idarəçilikdən asılıdır

Erməni politoloq Qrant Melik-Şahnazaryan bildirib ki, Cənubi Qafqazda Rusiya, İran və Qərbin “qırmızı xətləri”nin konkretləşdirilməsi prosesi gedir. Onun sözlərinə görə, Ermənistan yalnız milli maraqlara əsaslanan hakimiyyət qurduğu təqdirdə daha yaxşı gələcək perspektivlərinə iddialı ola bilər.

"Sputnik Ermənistan"ın yaydığı məlumata əsasən, politoloq qeyd edib ki, həm Rusiya, həm də Qərb üçün Cənubi Qafqazda sabitlik və proqnozlaşdırıla bilən siyasət mühüm əhəmiyyət daşıyır. Lakin bu tələblərə cavab verən ölkə kimi onlar Azərbaycanı görür, Ermənistanı isə iki fərqli mövqeyi tutmağa çalışan qeyri-sabit tərəfdaş kimi qəbul edirlər. 

1613831981_1613830090_1613825128_bayraq_baki.jpg

Qrant Melik-Şahnazaryan Ermənistan hakimiyyətini Azərbaycanın bütün tələblərinə boyun əyməkdə ittiham edir. Politoloqun fikrincə, Ermənistan bu “qeyri-mümkün tələblər dairəsindən” çıxış yolu tapa bilər. Lakin bunun üçün İrəvanda milli maraqları üstün tutan, Ermənistanın geosiyasi mövqeyini real şəkildə dəyərləndirən idarəetmə lazımdır.

Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxışı mümkün deyil

Ekspert əlavə edib ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqından (EAEİ) çıxışı ölkə üçün iqtisadi çöküşə səbəb ola bilər. “Bizim iqtisadiyyatımız tamamilə EAEİ-yə inteqrasiya olunub. Bu təşkilatla bağlı həm təhlükəsizlik, həm də iqtisadi bağlılıqlarımız var. Nə qədər bəyənməsək də, bu, bizim üçün qaçılmaz bir reallıqdır,” – deyə politoloq vurğulayıb.

Azərbaycanın mövqeyi və regional sabitlik

Melik-Şahnazaryanın fikrincə, Cənubi Qafqazda sabitlik və proqnozlaşdırılma qabiliyyəti baxımından Azərbaycan aparıcı rola sahibdir. Ermənistanın qeyri-sabit mövqeyi isə ölkənin regional müstəvidə təcrid olunması riskini artırır. Bu yanaşma, Azərbaycanın Cənubi Qafqazda iqtisadi, siyasi və təhlükəsizlik baxımından əsas oyunçu olduğunu bir daha təsdiqləyir. 

1720789845.jpg

Cənubi Qafqazda yeni siyasi və təhlükəsizlik xətləri müəyyənləşərkən Ermənistan öz geosiyasi istiqamətini yenidən dəyərləndirməli, regional reallıqları nəzərə alaraq Azərbaycanla konstruktiv münasibətlər qurmağa çalışmalıdır. Əks halda, Ermənistan həm iqtisadi, həm də siyasi baxımdan ciddi böhranlarla üzləşə bilər.

 

Musavat.com

Seçilən
8
50
musavat.com

10Mənbələr