AZ

Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün

Sabah seçki keçirilən seçki dairələrində müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi prosesi başa çatır.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Seçki Məcəlləsinin müvafiq maddələrinə əsasən, proses seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək başa çatmalıdır.

Təqvim planında bu müddət yanvarın 19-na qədərdir.

Xatırladaq ki, yanvarın 29-na təyin olunan bələdiyyə seçkilərində 16 min 128 nəfərin namizədliyi qeydə alınıb.


Müəllif: Məlik Məlikov
Seçilən
14
teleqraf.com

1Mənbələr