"Telegram"ın təsisçisi Pavel Durov Fransa məhkəməsində keçirilən dinləmə zamanı messencerin moderasiyasını yaxşılaşdıracağına söz verib.
Milli.Az xəbər verir ki, bu barədə "Franceinfo" mənbələrə istinadən məlumat yayıb.
"Hakimlərin "Telegram"da kütləvi şəkildə yayılan qeyri-qanuni məzmunla bağlı sualına Durov üç vəkilin iştirakı ilə cavab verib və messencerin moderasiya prosedurlarını təkmilləşdirməyə sadiq qaldığını vəd edib", - məlumatda deyilir.
O, həmçinin bildirib ki, qanun pozuntusuna görə messencerdə hər ay 20 milyona qədər hesab silinir. //APA
Milli.Az