Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistan İslamRespublikası ilə neft məhsullarının ticarətini müzakirə edib.
Neft şirkətindən Trend-ə verilən məlumata görə, bu, SOCAR-ın prezidentiRövşən Nəcəfin Pakistan İslam Respublikasının neft üzrə dövlətnaziri Musadik Malik ilə görüşü zamanı baş tutub.
Bildirilib ki, görüşdə Azərbaycan ilə Pakistan arasındaqardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən iliniyulun Pakistana dövlət səfərinin ölkələrimiz arasındamünasibətlərin daha da gücləndirilməsinə və bütün sahələr üzrəəməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verdiyibildirilib.
Söhbət zamanı bu günədək enerji sektoru üzrə birgə həyatakeçirilən layihələr və əldə edilən nəticələr, həmçinin, müxtəlifistiqamətlər üzrə əməkdaşlıq imkanları müzakirə edilib, neftməhsullarının ticarəti və qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.