Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yerləşən “Duslyk” uşaq sanatoriyasında 30-a yaxın şəxs nahardan sonra zəhərlənib.
Publika.az xəbər verir ki, bu barədə "REN TV" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, adıçəkilən sağlamlıq mərkəzində əsasən uşaqlar istirahət edirlər:
"Kütləvi zəhərlənmədən əvvəl bir çox qonaqlar antisanitariyadan şikayətləniblər, məktəblilər valideynlərinə yeməklərdə qurdun olduğunu deyiblər".
Məlumatda o da qeyd olunur ki, nahardan sonra on nəfər özünü pis hiss edib. Onlar indi dəqiq diaqnoz qoyulması üçün müayinədən keçirlər.