AZ

Daşkənddə 20 Yanvar faciəsinin 35-ci ildönümü qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Özbəkistandakı səfirliyi Heydər Əliyev adınaAzərbaycan Mədəniyyət Mərkəzi ilə birgə 20 Yanvar faciəsinin 35-ciildönümü ilə bağlı anma mərasimi keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə səfirliyimizinvə Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyətvə incəsənət xadimləri, diasporumuzun nümayəndələri, jurnalistləriştirak ediblər.

Əvvəl ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzininqarşısındakı abidəsi önünə və şəhidlər bağına çiçək dəstələriqoyulub.

İlk öncə, mərasim iştirakçıları 20 Yanvar faciəsi, Qarabağmünaqişəsi, torpaqlarımızın işğaldan azad olunması ilə bağlı kitabsərgisinə, həmçinin fotostendə baxıblar.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonraAzərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 20 Yanvarfaciəsinin yaranma səbəbləri haqqında məlumat verib.

Səfir qeyd edib ki, "Qara Yanvar" hadisələri SSRİ-nin dağılmasıprosesində dönüş nöqtəsi və Azərbaycan xalqının müstəqilliyi vəərazi bütövlüyü uğrunda mübarizənin simvolu olub. Tədbiriştirakçılarına məlumat verilib ki, 19-20 yanvar 1990-cı iltarixində Sovet qoşunları tərəfindən Azərbaycanda 147 mülki şəxsqətlə yetirilib, 744 günahsız mülki şəxs yaralanıb, onların birçoxu əlil qalıb. Diplomat qeyd edib ki, Ermənistanın təcavüzkarhərəkətlərinə, eləcə də SSRİ rəhbərliyinin Cənubi Qafqazdakıhadisələrə qarşı qərəzli münasibətlərinə etiraz edən kütlələringenişmiqyaslı çıxışlarının yatırılması üçün sovet ordusununhissələrinin Azərbaycan şəhərlərinə daxil edilməsi faciəyə səbəbolub.

Səfir qeyd edib ki, xalqımızın tələbi ilə Azərbaycandahakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində faciəyəsiyasi qiymət verilib. 20 yanvar hadisələrinin Azərbaycanın müasirtarixində dönüş nöqtəsi olduğu deyən diplomat, bu günün bütün dünyaazərbaycanlıları tərəfindən əziz tutulduğunu da vurğulayıb.

Özbəkistan Ali Məclisi Senatının üzvü Husan Ermatov özçıxışında, 20 Yanvar faciəsi artıq Azərbaycan xalqının tarixindəqəhrəmanlıq salnaməsi kimi iz buraxılması, habelə şəhidlərAzərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını verməsiqeyd edərək, bunu əsl qəhrəmanlıq kimi adlandırıb.

Sonra “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçıdirektoru, professor Erkin Nuriddinov, Daşkənd şəhər şurasınındeputatı Cəmilə Şermuxammedova, alim və tərcüməçi Babaxan Şərif vəbaşqaları sovet ordusunun Bakıda törətdiyi vəhşiliklər haqqındadanışıblar, bunun beynəlxalq hüquq normalarına zidd olduğunusöyləyərək, keçmiş SSRİ rəhbərlərini ittiham ediblər.

Sonda Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan dili kursununşagirdləri 20 Yanvar faciəsinə dair şeirlər söyləyiblər.

Daşkənddə
Daşkənddə
Daşkənddə
Daşkənddə
Daşkənddə
Daşkənddə
Daşkənddə
Seçilən
10
5
az.trend.az

3Mənbələr