AZ

Bayden administrasiyası və Blinkenin Azərbaycana münasibəti ikili standartlara əsaslanan siyasətin təsdiqi idi – ŞƏRH

Bakı. Trend:

Reallıq budur ki, Tramp tamamilə yeni gündəliklə hakimiyyətəgəlir və onun birinci dönəmində Amerika-Azərbaycan əlaqələrində hərhansı bir problem yaşanmadı. Prezident İlham Əliyevin qeyd etdiyikimi, əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlərüzrə irəliləyişə nail olundu. Bayden administrasiyasınınAzərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o,Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistanmünasibətlərinin qurbanına çevirdi. Yəni AzərbaycanaErmənistan-Azərbaycan, ya da Amerika-Ermənistan münasibətlərininprizmasından yanaşırdı.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıVüqar Rəhimzadə deyib.

Millət vəkili bildirib ki, Bayden administrasiyası Azərbaycanaqarşı, xüsusilə Qarabağ məsələsində ədalətsiz mövqe nümayişetdirdi:

“Bu mövqe ədalətsiz olmaqla yanaşı, ikili standartlara əsaslanansiyasətin təsdiqi idi. Dövlətimizin başçısı həmin müsahibədə buməqamı da açıqladı ki, Amerika nümayəndələrinə dəfələrlə bildirib -Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar,milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpaetmişik, niyə bizi cəzalandırmaq istəyirsiniz?”

Vüqar Rəhimzadənin sözlərinə görə, Bayden administrasiyasıAmerikaya olan inamı böyük dərəcədə sarsıtdı:

“Azərbaycana qarşı tətbiq edilən ədalətsiz 907-ci düzəlişinhansı hallarda gündəmdə saxlanıldığına diqqət yetirək. 2001-ci idəABŞ-də baş verən terror aktı Amerikanın Azərbaycana qarşısiyasətində dəyişikliyə yol açdı. ABŞ administrasiyası bu düzəlişinədalətsiz olduğunu təsdiqləyərək, onun fəaliyyətinin bir illikdondurulması barədə qərar qəbul etdi. Sonrakı illərdə bu qərartəkrar-təkrar təsdiqlənərək fəaliyyəti donduruldu. Diqqət çəkənədalətsiz qərarın birdəfəlik ləğvinin “mümkünsüz” olmasıdır. Sualolunur: Niyə? Təbii ki, yenə də ikili standartlara əsaslanansiyasət. Dövlətimizin başçısının müsahibədə qeyd etdiyi kimi,Azərbaycan onlara lazım olanadək 907-ci düzəliş - sanksiyaqaldırılırdı. Elə ki, lazım olmadıq, tətbiq etdilər. Bunun bir adıvar: nankorluq.

Belə olan təqdirdə hansı inamdan, uzunmüddətli əməkdaşlıqdansöhbət gedə bilər? Bu gün dünya xalqları ABŞ-yə inanmır və buölkəni qarışıqlıq, təcavüz, böhran, faciə və siyasi və iqtisadikataklizmlər ixrac edən bir mərkəz kimi qiymətləndirirlər. Bu,Bayden Administrasiyasının və Blinkenin son 5 ildəki fəaliyyətininnəticəsidir.

Bayden administrasiyası, Blinken tarixdə qalacaqlar. Ammadünyada xaos və anarxiyanın, böhran və siyasi-iqtisadikataklizmlərin, milyonlarla insanın faciəsinin, qlobal diktatın vəonun dünya xalqları üçün acı nəticələrinin müəllifləri, riyakarlıqvə xəyanət nümunələri kimi Blinken dünya nizamını pozaraq onuanarxiyaya sürükləyən, xalqların milli kimliyinin silinməsinəaparan feminizm, sorosçu şəbəkənin parlaq nümayəndələrindənbiridir. Təsadüfi deyil ki, Bayden Administrasiyasınınmükafatlandırdığı şəxslər arasında Corc Soros da oldu.

Blinkenin simasızlığı, riyakarlığı ABŞ-nin Azərbaycan-Ermənistandanışıqlarından və Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdənuzaqlaşdırılması, öz mövqelərini itirməsi ilə nəticələndi. Əslində,nə Azərbaycan, nə də erməni xalqı Blinkeni heç maraqlandırmır da.Onun əsas məqsədi gedən məqamda bir sülhpərvər obrazı yaratmaq vəkeçmiş münaqişəyə son qoyan “sülh göyərçini” kimi tarixə düşmək,bəlkə də buna görə Nobel sülh mükafatı almaq idi. Ammaalınmadı”.

Deputat qeyde dib ki, Bayden administrasiyasının fəaliyyətiAmerikaya heç bir uğur qazandırmadı,əksinə imicinə bəyük zərbəvurdu.

“Dünya nizamının yenidən formalaşdığı bir dövrdə Amerikanınitirdiyi mövqeni bərpa etməsi üçün Tramp administrasiyasınınüzərinə böyük məsuliyyət düşür. Dövlətlərarası münasibətlərdəqarşılıqlı etimad mühitinin qorunması əsasdır. Daim bu məsələniyürütdüyü siyasətin önündə saxlayan Azərbaycan bunu böyüklüyündən,kiçikliyindən asılı olmayaraq bütün dövlətlərin qarşısında əsasçağırış kimi qoyur. Təbii ki, əgər hər bir ölkə öz daxili işləriilə məşğul olsa, onda nə müharibə, nə münaqişə, nə qarşıdurmaolacaq.

Tramp administrasiyasına ümidlər böyükdür. Bunu Trampın açıqmesajları da təsdiqləyir. Dövlətimizin başçısı İlham ƏliyevAmerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmağın da mümkünolacağına əminliyini belə ifadə edir: “Mən hesab edirəm ki, əgərhər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrinistrateji səviyyəyə qaldıra bilərik”, - deyə V.Rəhimzadə qeydedib.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva isəTrend-əaçıqlamasında bildirib ki, ABŞ və Ermənistan arasında tərəfdaşlıqhaqqında saziş Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyəyönəlib:

“Bayden administrasiyasının hakimiyyətdən getməsi ərəfəsindəbelə bir addım atması qəbulolunmazdır. Çünki sazişin bir sıramüddəaları Azərbaycanın milli maraqlarına ziddir. Sazişdə “DağlıqQarabağ” ifadəsinin işlədilməsi yolverilməzdir. Çünki belə birinzibati ərazi vahidi yoxdur.

Azərbaycan 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkənzaman beynəlxalq birlik işğalçıya qarşı təsirli addımlar atmadı. Buprosesdə dünyanın aparıcı dövlətləri xüsusilə susqunluq nümayişetdiriblər. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmuş ABŞdə Qarabağ münaqişəsinin həllində ikili standartlardan çıxış edib.Həmin dövrdə ABŞ və digər həmsədrlər təzavüzkarı heç vaxt öz adıilə çağırmayıblar, əksinə verdikləri bəyanatlarda işğalçıErmənistanın maraqlarına uyğun olub. Özünü dünyada beynəlxalqhüququn, insan haqlarının əsas qoruyucusu kimi təqdim edən ABŞişğaldan əziyyət çəkən Azərbaycana heç vaxt ciddi dəstək nümayişetdirməyib. Əksinə, Konqres tərəfindən qəbul olunmuş 907-ci düzəlişölkəmizə qarşı ədalətsizliyin bariz nümunəsidir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü vəsuverenliyini bərpa etdikdən sonra Bayden administrasiya daimölkəmizə qərəzli mövqe sərgiləyib.

“Sorosçu kimi tanınan dövlət katibi Blinken özünü “sülhgöyərçini” kimi təqdim edərək tərəflər arasında vasitəçilik etməkgörüntüsü yaradırdı. Lakin Ermənistanın tərəfini tutan Baydenadministrasiyası heç vaxt ədalətli sülhün tərəfdarı kimi çıxışetməyib. Biz dəfələrlə Dövlət Departamentinin Azərbaycana qarşıqərəzli bəyanatlarının şahidi olduq. Ona görə də, rəsmi BakıBlinken tərəfindən son vaxtlarda irəli sürülən vasitəçiliktəkliflərini qəbul etməyib.

Artıq hakimiyyəti başa çatmaqda olan Bayden administrasiyasıuğursuz siyasəti ilə dünyanın bir sıra bölgələrində gərginliyinyaradılmasına səbəb olub. Bu administrasiya rəsmi VaşinqtonunCənubi Qafqaz siyasətinə də zərbə vurub. Bütün bunların fonundaErmənistanla imzalanmış sənəd regonumuzda sülhə və sabitliyə xidmətetmir”, - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Seçilən
26
50
az.trend.az

10Mənbələr