AZ

"ABŞ, Rusiya, Aİ gedib başqa problemlərlə məşğul olsunlar"- Rasim Musabəyov

"Ukrayna-Rusiya müharibəsində hər gün minlərlə insan həlak olur və ya ağır yaralanır, ciddi dağıntılar baş verir, raket zərbələri endirilir, artilleriya atəşləri davam edir. Bu, Avropada son 70-80 ildə baş verən ən böyük müharibələrdən biridir."

Bu sözləri News365.az-a Millət Vəkili Rasim Musabəyov deyib. 

"Bu vəziyyətin nə Azərbaycana, nə də Ermənistana aidiyyəti yoxdur. Burada nə ABŞ-ın, nə Rusiyanın, nə də Avropa İttifaqının müdaxiləsinə ehtiyac var. Vəziyyət tam nəzarət altındadır – nə həlak olan, nə yaralanan var, nə atəşkəs pozulur, nə də hərbi gərginlik müşahidə edilir. Hərbi əməliyyatlara hazırlıq aparılmır. Danışıqlar ikitərəfli qaydada davam edir. Sülh müqaviləsinin 90%-i razılaşdırılıb və açıq qalan məsələlərlə bağlı müzakirələr aparılır. Sərhədlərin delimitasiyası prosesi də davam edir.

Belə olan halda, ABŞ və ya Rusiya Prezidentinin bu məsələyə müdaxiləsinə nə ehtiyac var? Nə vasitəçiliyə, nə də bu məsələdə hər hansı köməyə ehtiyac duyulmur. Onların 25 il ərzində problemi sülh yolu ilə həll etmək, torpaqlarımızı müharibəsiz işğaldan azad etmək imkanı var idi. Lakin bunu etmədilər. Azərbaycan isə öz gücü ilə bunu bacardı – torpaqlarını müharibə yolu ilə azad etdi.

Sülh prosesində də Azərbaycan heç bir ölkənin köməyindən istifadə etmədən irəliləyir. Qoy, onlar gedib başqa problemlərlə məşğul olsunlar."

News365.az

Seçilən
16
12
news365.az

10Mənbələr