Trampın hakimiyyətə qayıtmasından sonra Avropa Birliyi və Kanada ABŞ ilə ticarət müharibəsi hazırlığı içinə giriblər...
İqtisadçı-ekspert: “Tramp administrasiyasının rüsumlar vasitəsilə Avstraliya, Avropa Birliyi, Çin, Kanada ölkələri ilə münasibətləri düzəltmək cəhdidir və gələcək danışıqlara hazırlıqla bağlıdır”.
“Mənə elə gəlir ki, bu məsələdə Trampın məqsədi ilkin açıqlamalar verməklə danışıqlar masasında üstünlüyü ələ almaq, ciddi dividentlər əldə etməkdir”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Trampın hakimiyyəti dövründə gözlənilən ticarət müharibələrini Poliqon-a şərh edərkən edərkən edib.
Trampın hakimiyyətə qayıtmasından sonra Avropa Birliyi və Kanada ABŞ ilə ticarət müharibəsi hazırlığı içinə giriblər. Digər tərəfdən, ABŞ-nin Çinlə də ticarət müharibəsi qaçınılmaz görünür.
Bəs, ABŞ bütün bu iqtisadi və siyasi güc mərkəzlərinə qarşı ticarət müharibəsində üstünlüyü əldə saxlaya biləcəkmi? Bu ticarət müharibələri fonunda inkişaf etməkdə olan ölkələrin iqtisadi vəziyyəti tənəzzül edəcəkmi?
Mövzunu Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.
Natiq Cəfərli: “Bu o demək deyil ki, mütləq elan olunanların hamısı baş verəcək”.
Ticarət dövriyyəsindəki vəziyyəti izah edən ekspert Poliqon-a bildirib ki, tariflər artarkən qarşı tərəf də tarifi artırır və bunun son ödəyicisi vətəndaşlar olduğuna görə, ziyan da sıravi insanlara dəyir:
“Tramp administrasiyasının rüsumlar vasitəsilə Avstraliya, Avropa Birliyi, Çin, Kanada ölkələri ilə atışmaları əslinfə münasibətləri düzəltmək cəhdifir və gələcək danışıqlara hazırlıqla bağlıdır. Yəni öncədən belə bir tariflərin artırılması, ticarət müharibələrinin qızışdırılması elanı olur ki, sonradan masaya oturub danışarkən üstünlük əldə edilsin. Bu Trampın bir taktiki gedişidir.
Əslində ticarət dövriyyəsində vəziyyət ondan ibarətdir ki, tariflər artarkən qarşı tərəf də tarifi artırır və bunun son ödəyicisi vətəndaşlar olduğuna görə, ziyan da sıravi insanlara dəyir. Məsələn, Çin mallarının tarifi artacaqsa, ABŞ bazarında Çin məhsulları bahalaşacaq. Eyni qaydada Çin ABŞ məhsullarına tarifləri artıracaqsa, ABŞ məhsulları Çin bazarında bahalaşacaq. Eyni qayda Avropa Birliyinə və digər istiqamətlərə də aiddir.
Buna görə də, mənə elə gəlir ki, bu məsələdə Trampın mövqeyi ilkin açıqlamalar verməklə danışıqlar masasında üstünlüyü ələ almaq, ciddi dividentlər əldə etməkdir. Bu o demək deyil ki, mütləq elan olunanların hamısı baş verəcək”.
Nərminə UMUDLU
Poliqon.info