“Qrenlandiya satılarsa, İngiltərə onu almaq hüququna malikdir”.
“Cebheinfo.az” “The Sunday Times”-a istinadən xəbər verir ki, bunu Danimarkanın Qrenlandiya məsələləri üzrə keçmiş naziri Tom Heim deyib.
“Əgər ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı almağa çalışsa, əvvəlcə Londondan soruşmalı olacaqdı. Böyük Britaniya 1917-ci ildə tələb edib ki, Qrenlandiya satılarsa, onu almaq üçün ilk hüquq Böyük Britaniyaya sahib olmalıdır”, - deyə keçmiş nazir qeyd edib.
Kopenhagenin 1982-ci ildən 1987-ci ilə qədər adadakı nümayəndəsi xatırladıb ki, 1917-ci il müqaviləsinə əsasən, ozamankı ABŞ prezidenti Vudro Vilson Qrenlandiyanın Danimarka adası olması və həmişə belə qalacağı ilə razılaşıb.
Bu müqavilə Vilsonun Danimarkadan indiki ABŞ-nin Virginiya adalarını satın almasının bir hissəsi idi. Görkəmli bir iş adamı Vilsona Qrenlandiyanı almağı şiddətlə tövsiyə edib, lakin o, bu təklifə fikir verməyib.
Vilson "Xeyr, bunun heç bir dəyəri yoxdur. Buralar sadəcə buzdur. Mənə lazım deyil", - deyib.
Daha sonra Vilsonu fikrini dəyişməyə inandırıblar və danimarkalılardan Qrenlandiyanı Danimarka -Qərbi Hindistan müqaviləsinə daxil etməyi istəyib. Kopenhagen imtina edib və yalnız ABŞ-nin Qrenlandiyanın "Danimarka olduğunu və əbədi olaraq belə qalacağını" bildirən bir məktub imzalayacağı təqdirdə satışa davam edəcəyini bildirib. Vilson bununla razılaşıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyanı alacağını deyib: “Çünki adanın sakinləri amerikalı olmaq istəyir”.